SON XƏBƏRLƏR

Cəlilabad rayonunun kəndlərinin yollarında təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.

Belə ki, rayonun Kövüzbulaq kəndində kənddaxili yollar təmir olunub, Boyxanlı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.

Qeyd edək ki, işlər vətəndaşlar tərəfindən yerli bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına görülüb.