Cəlilabadda daha bir yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 yanvar tarixində Report.az-a istinadən verir.
Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini İnqilab Ağamoğlanov xəsarət alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.