SON XƏBƏRLƏR

Cəlilabadda məktəbə gedən yol istifadəyə yararsız haldadır. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, yoldan keçmək mümkünsüz olub. Buna görə də şagirdlərin məktəbə gediş-gəlişi problemə çevrilib. Qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir.

“Ona görə də uşaqları məktəbə məcbur olub, maşınla aparırıq. Bu məktəb yenicə inşa edilərək istifadəyə verilib. Amma bu cür məktəbin yolu yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, hələ ki müsbət cavab verilməyib”, – deyə sakin qeyd edib.

Yolda təmir işləri aparılmayacağı təqdirdə valideynlər övladlarını məktəbdən çıxarmaq məcburiyyətində qalacaqlarını bildiriblər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi nümayəndəliyi tərəfindən qeyd olunub ki, problem tez bir zamanda tam aradan qaldırılacaq və məsələ həllini tapacaq.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü