SON XƏBƏRLƏR

Cəlilabad şəhər 3 saylı orta məktəbin yaxınlığında azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində Apa.az-a istinadən verir.

8 yaşlı Əli Elvin oğlu Novruzzadəni vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Azyaşlı ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Sürücü – Cəlilabad rayon sakini Ş.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.