SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Əsədli kəndində şəhid Səid Sarıbala oğlu Həsənovun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Report.az-a istinadən verir.

Açılış mərasimində rayon rəsmiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan danışıblar.

Daha sonra bulağın açılışı olub və şəhidin məzarı ziyarət edilib.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri S.Həsənov 44 günlük Vətən müharibəsində böyük şücaət göstərib. O, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə ” medalları ilə təltif edilib.

S.Həsənov bu ilin 13-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəddə törədilən təxribat nəticəsində şəhid olub.