SON XƏBƏRLƏR

Cəlilabadda məktəbə gedən yolda piyada səkisi yoxdur. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az xəbər verir.

Rayonun 3 saylı orta məktəbinin şagirdləri təhsil ocağına gedərkən məcbur avtomobil yolu ilə hərəkət edirlər. Avtomobillərin hərəkəti sıx olan bu yolda şagirdlər üçün təhlükə yaranır.

“Hazırda yola çınqıl daşlar tökülür. Bu, hardasa yağış yağandan sonra yolda yaranacaq palçığın qarşısını alıb. Lakin uşaqlar üçün səkinin olmaması həqiqətən də bizi narahat edir”, – deyə sakin qeyd edib.