SON XƏBƏRLƏR

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində Apa.az-a istinadən verir.

Qəza nəticəsində 3 nəfər rayon sakini – 17 yaşlı Hüseyn Zeynalov, 20 yaşlı Əli Həsənov və 22 yaşlı Malik Musazadə xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.