SON XƏBƏRLƏR

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı nəqliyyat vasitəsi qarşıda gedən motosikletə çarpılıb. Nəticədə motosklet iki hissəyə bölünüb.

Motosikletin sürücüsü ağır xəsarət alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.