SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, yolu keçmək istəyən iki nəfər – rayonun Kazımabad kənd sakinləri – 22 yaşlı Gündüz Tacəddin oğlu Kərimov və onun qardaşı 32 yaşlı Orxan Tacəddin oğlu Kərimovu avtomobil vurub.

Yaralılar rayon xəstəxanasına aparılıblar. Gündüz Kərimov koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq o, bir gün sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.