Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində Report.az-a istinadən verir.
Hadisə Cəlilabad şəhər avtovağzalı ərazisində qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı minik avtomobili daş hasara çarpılıb.
Qəza nəticəsində 47 yaşlı Mirfəttah Təhməzov və 11 yaşlı qızı V.Təhməzova xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.