SON XƏBƏRLƏR

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində Report.az-a istinadən verir.

Hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Qazel” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində rayon sakini Xalid Aslanov xəsarət alıb. O, rayon xəstəxanasına aparılıb. Həmçinin daha bir nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.