Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
“Qazel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çarpılıb. Kartof sahəsindən qayıdan 8 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan 2-si Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta ağır qiymətləndirilir. Daha 6 yaralı isə ambulator müalicə üçün evə buraxılıblar.