SON XƏBƏRLƏR

Cəlilabadda iki nəfər narkotik vasitələrin qanunsuz olaraq əldə etmə, saxlanılma və daşınmasında şübhəli bilinərək saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 may tarixində Unikal.az-a istinadən verir.

Belə ki, Cəlilabad RPŞ əməkdaşlarının Cəlilabad rayonu, Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 42 yaşlı Ələkbərov Bayram Cümşüd oğlu və 42 yaşlı Məmmədov Ramin Ərşad oğlu ilə sonuncunun idarə etdiyi “VAZ-21099” markalı avtomobil saxlanılıb.

Ramin Məmmədovun üzərində şəxsi axtarış aparılarkən geyimindən marixuanaya bənzər kütlə, narkotik vasitə olan heroinə bənzər kütlə və metadon həbləri aşkar edilərək götürülüb.

Bayram Ələkbərov və Ramin Məmmədov tərəfindən CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutulublar.

Cəlilabad RPŞ-də CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq davam etdirilir.