SON XƏBƏRLƏR

Cəlilabadda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 16 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb. 50 yaşlı Nicat Tağıyevin idarə etdiyi “VAZ-2106” ilə 39 yaşlı Sahil Urşanovun idarə etdiyi “VAZ-2107” toqquşub. Nəticədə hər iki sürücü və 11 yaşlı M.Abdullayeva xəsarət alıblar.

Xəsarət alanlar rayon xəstəxanasına aparılıblar.