SON XƏBƏRLƏR

Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində Report.az-a istinadən verir.

Belə ki, güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri isə işıqsız qalıb. Rayonun bəzi ərazilərində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb, Cəlilabad-Yardımlı yolu isə bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağmağa davam edir.