Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində Report.az-a istinadən verir.
Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobilin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 28 yaşlı T.Kərimova və onun azyaşlı övladı xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.