SON XƏBƏRLƏR

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “VAZ-2107” markalı minik avtomobili yol kənarındakı ağaca çarpılıb.

Qəza nəticəsində iki nəfər: sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsax oğlu Musayev ölüb. Onların hərbiçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.