SON XƏBƏRLƏR

Cəlilabad rayonunda iki avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Report.az-a istinadən verir.

Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Murad Fazil oğlu Salayev ölüb, üç nəfər – Rəhman Şamil oğlu Salayev, Cavidan Həbib oğlu Əzimov və Həsən Yalçın oğlu Salahzadə isə yaralanıblar.

Yaralılardan biri Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon