SON XƏBƏRLƏR

Göytəpə şəhərində çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Hazırda Göytəpə şəhərinin O.Eynullayev küçəsində yerləşən 58 saylı çoxmənzilli yaşayış binasının həyətində abadlıq işləri aparılır, binanın həyətinə asflat örtüyü vurulur.

Cəlilabad və Göytəpə şəhərlərində prospekt və küçələrin asfaltlanması, bütün səkilərin yenidən qurulması, səkilərə yeni tamet, bordür düzülməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, binaların həyətlərində abadlıq işlərinin aparılması dediklərimizin bariz nümunəsidir. Həmçinin prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan işlər uğurla davam etdirilir.