Cəlilabadda zəncirvari qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə Heydər Əliyev prospektində baş verib. 4 avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəza iştirakçılarından biri avtoyuma məntəqəsinin işçisi olub. O, müştərinin etibarından sui-istifadə edərək sonuncuya məxsus “BMW” markalı minik avtomobilini idarə edib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.