SON XƏBƏRLƏR

Ələt-Astara avtomobil yolunda minik avtomobili yük maşınına çarpılıb. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə magistral yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çarpılması nəticəsində Lənkəran şəhər sakinləri – 52 yaşlı Xalidə Quliyeva, 52 yaşlı İlhamə Quliyeva və 25 yaşlı Əsəd Quliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.