SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Cəlilabad rayonunun 14 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.

Belə ki, Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon manat ayrılıb.