SON XƏBƏRLƏR

Cəlilabad-Yardımlı yolu texnikalar vasitəsilə təmizlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

Hazırda ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Həmçinin rayonun elektrik xətlərinin qırılması nəticəsində işıqsız qalan kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, Cəlilabadda qarın hündürlüyü 35 sm-ə çatıb.