SON XƏBƏRLƏR

Cəlilabad şəhərindəki şəhid Vüqar Niftullayevin adını daşıyan küçənin yolları baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, 150 ailənin yaşadığı küçənin sakinlərinin sözlərinə görə, 5-6 il əvvələ qədər yol yaxşı vəziyyətdə olub, lakin kanalizasiya sistemi çəkiləndən sonra pis vəziyyətə düşüb.

Sakinlər bildirib ki, bir qədər yağış yağan kimi yolda hərəkət etmək mümkünsüz olur. Bundan əlavə, yol pis vəziyyətdə olduğundan valideynlər qış aylarında uşaqları məktəbə aparıb-gətirməkdə çətinlik çəkirlər: “Hətta taksilər belə bu küçəyə gəlmir. Xəstəmiz olanda isə tibb müəssisəsinə getmək əsl problemə çevrilir”.

Sakinlər, həmçinin bildirib ki, kanalizasiya sistemləri çəkilsə də, küçədəki çirkab sularının axıdılması üçün olan xəndəklər tutulub. Buna görə də küçəni üfunət bürüyüb və antisanitar şərait yaranıb.

Problemlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, hazırda rayonda asfalt olunmasına zərurət yaranan 100-ə yaxın küçə və məhəllə mövcuddur. Qeyd olunub ki, artıq həmin küçə və məhəllələrdə asfaltlanma işlərinə başlanılıb.

“Şəhid Vüqar Niftullayevin adını daşıyan küçənin isə asfaltlanması bu il üçün nəzərdə tutulmayıb. Lakin ilin sonuna kimi bu küçənin hamarlanması üçün əraziyə qreyderin salınması nəzərdə tutulub”, – nümayəndəlikdən qeyd olunub.

Cəlilabad yol
Cəlilabad yol
Cəlilabad yol
Cəlilabad yol Cəlilabad yol Cəlilabad yol
FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə