Cəlilabadda yol qəzası baş verib. Bu haqda bu gün, 19 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. Verilən məlumata əsasən, “VAZ-2106” markalı minik avtomobilinin maneəyə çarpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb.
Bunlar 36 yaşlı Zaur Əliyev, 70 yaşlı Məmməd Məmmədov və 66 yaşlı Töhfə Məmmədovadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.