SON XƏBƏRLƏR

Cəlilabad şəhərinin mərkəzi küçələrindən biri sayılan şəhid Vüqar Niftullayevin adına olan küçənin yol örtüyü yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Apa.az-a istinadən verir.

150-dən çox ailənin yaşadığı küçə 5-6 il bundan əvvəl asfaltlı olub. Lakin şəhər ərazisində kanalizasiya sistemi çəkiləndən sonra bir çox yollar kimi, buranın asfaltı da dağıdılıb və daha sonra bərpa olunmayıb.

Məsələ ilə bağlı icra başçısının şəhər ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənov bildirib ki, Cəlilabad rayonunda 100-ə yaxın küçə, məhəllə var ki, asfalt olunmalıdır. Hazırda o küçə və məhəllələrdə asfaltlama işlərinə başlanılıb. O ki qaldı şəhid Vüqar Niftullayev və ona bitişik küçələrə, bu il üçün həmin küçələrin asfaltlanması nəzərdə tutulmayıb.