SON XƏBƏRLƏR

Havanın mülayim keçməsi şəhərdə görülən abadlıq işlərinə təkan verir. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Dünya TV-yə istinadən xəbər verir.

Ən bərbad küçələrin asfaltlanması fonunda əhalinin üz tutduğu istirahət parkı da yenidən bərpa olunub. Rayonda bir neçə il bundan əvvəl kanalizasiya sisteminin bərpa olunması ilə əlaqədar əksər mərkəzi küçələr qazıntı işləri nəticəsində bərbad vəziyyətə düşmüş, nəinki piyadaların, hətta nəqliyyatın da istifadəsi çətiləşmişdi.

“Ümumi uzunluq hal-hazırdakı küçədə 670 metrdir. Paralel olaraq Fərid Əhmədov küçəsində və eyni zamanda 28 May küçəsində asfaltlaşdırma işləri başlayacaq. Gələcəkdəki niyyətimiz Cəlilabad şəhərindəki bütün asfaltlanmayan küçələrin asfatlaşdırılmasıdır. Bu yöndə də çalışmalarımız davam etməkdədir”, – deyə Cəlilabad RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sahil Qənbərli bildirib.