Cəlilabad rayonunun Qarazəncir kənd sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Bu problemlə bağlı onlar bu gün, 6 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.
“Kəndimizin yolları heç vaxt əsaslı təmir olunmayıb. Ara-sıra qum-çınqıl töküb hamarlayırlar, ancaq nəticə qısamüddətli olur. Bir neçə dəfə müraciət etmişik, lakin problem öz həllini tapmayıb”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.





