SON XƏBƏRLƏR

Cəlilabad rayonunda genişmiqyaslı asfaltlanma işləri görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Cəlilabad RİH-yə istinadən verir.

Belə ki, “Azəravtoyol” Dövlət Şirkəti tərəfindən Cəlilabad şəhərində:

  • Həzi Aslanov küçəsi 2060 metr;
  • V.Niftullayev küçəsi 170 metr;
  • Əhməd Abdullayev (keçmiş Füzuli) küçəsi 1000 metr;
  • M.Ə.Sabir küçəsi 1000 metr;
  • Ş.İ.Xətai küçəsi;
  • Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr;
  • Təbriz küçəsi;
  • Şıxəli Qurbanov küçəsi 1250 metr;
  • Mehdi Hüseynzadə küçəsi;
  • 9 nömrəli məktəbə gedən yol axıra kimi 910 metr;
  • Ağasadıq Gəraybəyli küçəsi 380 metr;
  • M.F.Axundov küçəsi 230 metr,
  • M.F.Axundov küçəsində yerləşən Qəbiristanlığın həyəti 230 metr;
  • Avtovağzalın həyəti 666 metr;
  • Heydər Əliyev prospekti 1910 metr;
  • Qazan köşkü (MirMəhəmməd ağanın ziyarətgahı) küçəsi 400 metr;
  • N.Nərimanov küçəsi 718 metr;
  • Habil Məmmədov küçəsi 693 metr məsafədə asfaltlanma işləri tamamlanmışdır.

Şəhərin Fərid Əhmədov küçəsi 685 metr, Nizami küçəsi 678 metr, Mirnağı Şərifov (keçmiş Q.İsmayılov) küçəsi 674 metr və 28 May küçəsi 670 metr məsafədə asfaltbərkitmə işləri aparılıb və yaxın vaxtlarda asfalt vurulmasına start veriləcək.

Eyni zamanda Göytəpə şəhərində M.Müşfiq və V.Mürsəlov küçələrinə 1650 metr, C.Cabbarlı küçəsinə 300 metr və Vüsal Cəfərov (keçmiş Pişəvəri) küçəsinə 1800 metr məsafədə asfalt vurulub.

Komanlı kəndinin ərazisində, Komanlı-Bəcirəvan yolu 1500 metr və Komanlı- Həziabad yolu 1550 metr məsafədə, Privolnoye kəndində şəhid ailəsinin yaşadığı küçənin 500 metri və Hamarqışlaq kəndində qəbiristanlıq və məktəbə gedən yolun 1024 metr məsafəsində də asfaltlanma işləri aparılıb.

Həmçinin Cəlilabad rayonunda ümumi uzunluğu 36,2 km olan Təklə-Abazallı,Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Boyxanlı-Məlikqa-sımlı,Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının 13,5 km hissəsinin (Təklə-Abazallı, Məmmədrzalı və  Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının) tikintisi başa çatıb.