SON XƏBƏRLƏR

Cəlilabad rayon ərazisində yol-nəqliyyat hadiəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, rayon ərazində 31 yaşlı Elçin Əli oğlu Mehtiyevin idarə etdiyi avtomobil anidən idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb.

Hadisə zamanı sürücü və onun qardaşı, 33 yaşlı Samir Əli oğlu Mehtiyev yaralanıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.