SON XƏBƏRLƏR

Cəlilabadda şəhidlərimizin birinin adını daşıyan küçənin yolunun təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.

Söhbət rayonun Günəşli kəndində yerləşən və şəhid Elçin Ağayevin adını daşıyan küçədən gedir. Belə ki, küçəyə vaxtaşırı daş-çınqıl tökülsə də, asfalt örtüyünün olmaması sakinlərdə müəyyən çətinliklər yaradır.

“Küçə Vətən müharibəsi şəhidinin adını daşıyır. Küçəmizin yol örtüyü, baxımlılığı onun adına layiq olmalıdır”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, Elçin Zakir oğlu Ağayev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 6 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Ailəli idi, bir oglu, iki qızı Vətənə yadigar qalıb. Üçüncü qızı 24 yanvar 2021-ci ildə dünyaya gəlib, qızına Şuşa adı verilib.

Şəid Elçin Ağayev küçəsi
Şəid Elçin Ağayev küçəsi
Şəid Elçin Ağayev küçəsi
Şəid Elçin Ağayev küçəsi Şəid Elçin Ağayev küçəsi Şəid Elçin Ağayev küçəsi