SON XƏBƏRLƏR

Masallı-Yardımlı və Lənkəran-Lerik yollarında hava şəraitinə görə görünüş məsafəsinin məhdulaşacağı gözlənilir. Bu haqda məlumat bu gün, 1 fevral tarixində Report-da paylaşılıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman olacaq. Nəticədə, görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Həmçinin bəzi dağlıq hissələrdə yolların buz bağlayacağı ehtimalı var.