Astaralı qəhrəmanlardan biri olan şəhid Pəncəli Teymurovun yaşadığı kəndə gedən yol yararsız haldadır.
“Aprel döyüşləri” zamanı şəhadətə ucalan Pəncəli Teymurovun məzarı və ev muzeyi bu kənddə yerləşir. Bu səbəbdən Əzərüd kəndinə tez-tez qonaqlar gəlir.
Yolun yararsız halda olması, əsasəndə yağıntılı aylarda kəndə gedib-gəlməkdə çətinlik yaranır.
Sakinlərin sözlərinə görə, kəndə gələn yolun başlançığından sonuna qədər, təxminən 4 km-lik yol yaxşı vəziyyətdə deyil. Kənd camaatı yolda bərpa işləri aparsa da, güclü yağışın yağması nəticəsində su yolu sözün əsl mənasında yuyub aparıb.
Həmçinin Cenublu.az-a müraciət edən sakinlər bildirir ki, aidiyyatı üzrə dəfələrlə müraciət ediblər. Onlara cavab olaraq, bu yolun çəkilməsi planda olduğu və yaxın zamanda yol çəkiləcəyini bildiriblər. Lakin problem hələ də öz həllini tapmayıb.
Photo Cenublu.az
