SON XƏBƏRLƏR

Cəlilabad rayon sakini Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən bu gün, 30 noyabr tarixində Cenublu.az-a verilib.

Hadisə 29 noyabr saat 6 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Afaq Mirzəyevanı vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.