Masallıda baş tutan toy mərasimi zamanı avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə əlaqədar dərhal Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y. İsmayılov və avtomobilin sahibi M. Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Y. İsmayılov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub.
Bundan başqa, həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər 4 sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati qaydada protokol tərtib edilib.