Qəza nəticəsində xəstəxanalıq olan piyada dünyasını dəyişib. Bu haqda bu gün, 4 fevral tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Qəza bir neçə gün öncə Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb. Şəhriyar Nəzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmkəndlisi, 48 yaşlı Asif Babayevi vuraraq ona ağır xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra paytaxt xəstəxanalarından birinə göndərilib.
Asif Babayev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.