SON XƏBƏRLƏR

Lənkəran rayonunun Əşlə kəndində avtomobilin çaya aşması nəticəsində vəfat edən ikinci şəxsin kimliyi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.

Belə ki, sürücü, Şovu kənd tam orta məktəbinin riyaziyyat müəllimi İlqar Bayramovun yanında əyləşən sərnişin Şəmsi Mirzəyevin Fövqəladə Hallar Nazirliyinin işçisi olduğu bildirilir. İki övlad sahibi olan Ş.Mirzəyevin oğlu 11-ci sinifdə, qızı isə Lənkəran Dövlət Universitetinin 1-ci kursunda təhsil alır.

Qeyd edək ki, “Niva” avtomobilin çaya aşması nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerindəcə vəfat edib.