Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kontakt karate və kyokuşin karate idman növləri üzrə klublararası turnirdə astaralı idmançılar qaliblər sırasında olublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.
Bakı şəhərində, Memarlıq və İnşaat Unversitetinin idman zalında Oyama Döyüş Növləri İdman Klubu İctimai Birliyinin təşkil etdiyi turnirdə Astara rayon komandası Kontakt Karate Federasiyasının Cənub zonası üzrə nümayəndəsi, “Seiken” Kyokuşin Kenbikay Karate klubunun direktoru, II dan qara kəmər ustası, məşqçi Azər Ağazadənin rəhbərliyi ilə yüksək nailiyyətlər əldə ediblər.
Məmmədov Namik (50 kq, 2007) I yeri, Kazımlı Sadiq (25 kq, 2013) I yeri, Abbasov Süleyman (53 kq, 2007) II yeri, Ağayev Yusif (53 kq, 2009) II yeri, Məmmədov Bayraməli (60 kq, 2010) II yeri, Novruzlu Xəyal (30 kq, 2013) II yeri, Hüseynzadə Məhəmmədəli (40 kq, 2011) II yeri, Nurizadə Əli (40 kq, 2009) II yeri, Novruzlu Natiq (17 kq, 2016) III yeri, Zeynalov Ümüd (48 kq, 2009) III yeri, Əliyev İbrahim (55 kq, 2009) III yeri qazanıblar.