SON XƏBƏRLƏR

Astarada DYP tərəfindən hərəkətin sıx olduğu küçə və prospektlərdə növbəti nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Bu haqda 17 avqust, günorta saatlarında məlum olub.

Reyd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə keçirilib. Sürücülərə izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğun olduqdan sonra nəqliyyat vasitəsini istifadə etmək olar.

Tədbir zamanı həmçinin sürücü və sərnişinlərin tibbi maskalardan istifadəsi yoxlanılıb. Sərnişinlərə tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Tələbləri pozanların barəsində qanunamüvafiq tədbirlər görülüb.