SON XƏBƏRLƏR

Astarada 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Report-a istinadən xəbər verir.

Hadisə rayonun dağlıq ərazisində yerləşən Motlayataq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 55 yaşlı Zakir Lələyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin – sürücünün oğlu 27 yaşlı Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.