Zəncirvari qəza samanı Astara sakini vəfat edib. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Astara rayonunun Kişəjəbə qəsəbə sakini, 24 yaşlı Vəfa İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək VAZ-2199 markalı, VAZ-2107 markalı və digər VAZ-2107 markalı avtomaşınlara dəydikdən sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.