SON XƏBƏRLƏR

Astarada avtomobil yolda hərəkət edən piyadanı vurub. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.