Astaraya yağan aramsız yağışların nəticəsi olaraq rayonun Pensər kəndinin bir küçəsini su basıb. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin və Z.Əhmədzadə adına 2 nömrəli liseyin yolu bu ərazidən keçməsinə baxmayaraq, küçə asfaltlanmayıb. Yolda olan çökəkliklər yağıntı zamanı yağış suları ilə dolur və əhalinin gediş-gəlişini çətinləşdirir.
“Uşaqlarımız məktəbə getməyə çətinlik çəkirlər, hər dəfə yağış yağdıqda bu cür mənzərə ilə qarşılaşırıq” – deyə bir valideyn söyləyib.
“Uşağa xüsusi rezin çəkmə qeyindirirəm, əks halda üst-başı palçıq içində olur” – deyə digər sakin bildirib.