Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Astara-Şahağacı yolunda avqustun 15-dən 16-na keçən gecə qeydə alınıb.
Bakı sakini Əlihüseyn Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. O, əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, vəfat edən 32 yaşlı Əlihüseyn Əlizadə Rafail oğlu tanınmış aparıcı Vüsalə Əlizadənin qardaşıdır. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.
Faktla bağlı araşdırma aparılır.