Astaranın Şiyəkəran kəndinin yolları yararsız haldadır. Bu haqda məlumat BAKU TV-də paylaşılıb.
Sakinlər öz müraciətlərində bildiriblər ki, sözügedən yollardan birinin üzərində olan körpü qəzalı vəziyətdədir. Qış aylarının gəlməsi ilə mövcüd hal daha da pisləşir.
“Uşaqlar məktəbə gedə bilmirlər. Əgər gedirlərsə valideyn gəlir alır qucağına bu gölməçələrdən uşağı çıxardır”, – deyə kənd sakini Səfail İsmayılov bildirib.
Sakinlər qeyd ediblər ki, aidiyyatı üzrə müraciətlərinə baxmayaraq, problem öz həllini tapmayıb.
Kənd bələdiyyəsinə müraciət edən BAKU TV, sədr müavini Rövşən Heydərovdan cavab olaraq “yollar yağış suları nəticəsində hər dəfə dağılır. Bizdə havaların açılmasını gözləyirdik ki, yenidən bərpasını təmin edək. Körpünün təmiri İcra aparatı tərəfindən 2022-ci il üçün nəzərdə tutulub” – ifadələrini alıblar.