SON XƏBƏRLƏR

Astara rayon sakini Bakıda “KamAZ”la piyadanı vuraraq öldürüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 sentyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə 15 sentyabr saat 7 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Astara rayon sakini B.Qasımov idarə etdiyi yük avtomobili ilə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.