SON XƏBƏRLƏR

Astara rayonunun ən böyük qəsəbəsi olan Kijəbədə yollar dağılmış vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.

Sakinlər bildirirlər ki, illərdir yolların dağılmış vəziyyətdə olmasından əziyyət çəkirlər.

“Bu yollardan gün ərzində 100-ə yaxın ailə istifadə edir. Yolda əmələ gələn çuxurlar o qədər dərindir ki, avtomobillərə ziyan dəyir. Yağışlı havada gölməçələr su ilə dolduğuna görə valideynlər övladlarını məktəbə göndərə bilmirlər. Xahiş edirik, aidiyyəti qurumlar yolu təmir etsinlər”, – deyə sakinlər bildiriblər.