SON XƏBƏRLƏR

Astara rayon sakini Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Bu haqda bu gün, 6 oktyabr tarixində Oxu.az-da paylaşılıb.

5 oktyabr gecə saat 21:15 radələrində 43 yaşlı Paşayev Zaur Bakı-Quba magistralının Sumqayıt ərazsinindən keçən zaman “Mercedes-Benz Atego” markalı, 90-SZ-211 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə piyadanı vurub. 31 yaşlı Sumqayıt şəhər sakini Qəniyev Vüsal hadisə yerindəcə dünyasını dəyişib.

İlkin ehtimallara görə, Vüsal yolu keçmək üçün piyada keçidinin olmayan hissəndən istifadə edib.

Faktla bağlı araşdırma aparılır.