Astara rayon sakini Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissədə ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində Bizim.media-ya istinadən verir.
40 yaşlı Astara rayon sakini Elməddin Osman oğlu Əhmədov “Mercedes Vito” və T.İ.R. yük avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, qəzada daha 5 nəfər vəfat edib. Onlardan biri sürücü – 45 yaşlı Yardımlı rayon sakini Nəsimi Əlimuxtar oğlu Qubadbəylidir.