Astara rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Ərçivan qəsəbəsində baş verib. 38 yaşlı Ramil Hüseynov idarə etdiyi “Mersedes-benz” markalı mikroavtobusla yolu keçmək istəyən qəsəbə sakinləri Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb.
Xəsarət alan M.Əfsəlova isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.